BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan Ordusu ərazilərini Ermənistanın işğalından azad etməyə qadirdir” - Ziyafət Əsgərov

“Azərbaycan Ordusu dünyanın ən müasir silah-sursatı və texnikası ilə təchiz olunan ən güclü Silahı Qüvvələrindən biridir. Ordumuzun şəxsi heyətinin döyüş ruhu ən yüksək səviyyədədir. Azərbaycan Ordusu çox qısa bir müddət ərzində öz ərazilərini Ermənistanın işğalçılığından azad etməyə qadirdir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

 

“Mən bunu tam məsuliyyətimlə deyirəm. Bu, pafos deyil. Bu, reallıqdır. Biz sülhsevər ölkəyik, istəyirik ki, bu məsələni danışıqlar yolu ilə həll edək. Ancaq Ermənistan tərəfi danışıqlarla həmişə imitasiya edir və danışıqların mahiyyətindən qaçır. Təsəvvür edin ki, gəlib bizimlə danışıqlara otururlar, ancaq gedib ölkələrində deyirlər ki, biz orada başqa məsələlərdən danışırdıq. İkiüzlüyün dərəcəsinə baxın. Bu da onların riyakar xislətindən xəbər verir. Bildiyiniz kimi, cənab Prezident dəfələrlə çıxışlarında xüsusi olaraq qeyd edib ki, “Bizim də səbrimiz tükənməz deyil” – Z.Əsgərov qeyd edib.Report

Tarix: 10 İyun 2020, 11:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin