“Üç modul tipli xəstəxananın açılışı koronavirusa qarşı mübarizə sahəsində növbəti önəmli addımdır”.
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deyib.
“Çünki bu xəstəxanalarda koronavirus xəstələri müalicə olunacaq. Azərbaycan Prezidentinin məqsədi xalqımızın rifahıdır, sağlamlığıdır. Həyata keçirilən tədbirlər bunun nümunəsidir”, - deyə o bildirib.
Millət vəkili həftəsonu sərt karantin rejiminin tətbiq olunmasından da danışıb: “Başa düşürəm ki, isti günlərdə karantin qaydalarına əməl etmək çətindir. Ancaq qeyd etməliyəm ki, sonuncu iki günlük sərt karantin dövründə ümumilikdə vətəndaşlarımız qanuna böyük hörmət nümayiş etdirdilər. Həm vətəndaşlar, həm də polis əməkdaşları nümunəvi davranıb. Epizodik pozuntular olub, onlara da hüquqi qiymət verilib”.
Millət vəkili vurğulayıb ki, ümumiyyətlə, vətəndaş qəbul edilən qaydalara əməl etməli, cərimədən yayınmaq üçün yox, sağlamlığını qorumaq, yaxınlarının və ictimaiyyətin ümumi rifahı naminə evdə qalmalı, tibbi maska taxmalı, sosial məsafəni qorumalıdır: “Vətəndaşlar hətta açıq havada da maska taxılmalıdır. Təsəvvür edin ki, övladınızla dənizkənarı parkda gəzirsiniz, koronavirus daşıyıcısı asqırdıqda, sizin övladınız da yoluxa bilər. Sonuncu statistikalar da göstərir ki, bu, həqiqətən də belədir. Çox təəssüf ki, cəmiyyətdə koronavirusun mövcudluğuna birmənalı münasibət yoxdur. Yaxşı xatırlayıram, baş infeksionist hələ mart ayında deyəndə ki, ölkədə koronavirus hələ yoxdur, hamı dedi ki var, gizlədirlər. İndi deyir ki, koronavirus var, hamı deyir ki, uydurmadır. Dövlət koronavirusla mübarizəyə 3 milyard manatdan artıq vəsaiti ayırıb, modul tipli xəstəxanalar tikilir, sahibkarlara, vətəndaşlara maddi yardımlar edilir, indi də deyirlər ki, yeni cərimə ilə büdcə gəlirlərini artırmaq istəyirlər. Belə nümunələr çoxdur. Səbəbi başa düşülən deyil. Lakin bir həqiqət var ki, koronavirus can alır, təkcə bizim ölkədə deyil, İtaliyada, Almaniyada, Amerikada, Türkiyədə və hər yerdə...”
Millət vəkili karantin dövründə ən çətin vəzifənin həkimlərlə yanaşı, polislərin üzərinə düşdüyünü bildirib: “Polis kifayət qədər peşəkar və səbrli xidmət göstərir. Elə ən çox riskə məruz qalan da polislərdir. Gecəsini gündüzünə qatıb, hamı kimi ailəsi ilə vaxt keçirmək əvəzinə, ictimai asayişi qoruyan da Azərbaycan polisləridir. Hansısa epizodik hadisə və ya sosial şəbəkələrdəki rəylər bizim həmrəylimizə, birliyimizə təsir edə bilməz. Əksinə, bu, cəmiyyət olaraq bizi daha da güclü edir”.APA
23 İyun 22:56
23 İyun 22:52
23 İyun 22:22
23 İyun 22:19
23 İyun 22:18
23 İyun 22:13
23 İyun 22:11
23 İyun 22:10
23 İyun 22:09
23 İyun 22:07
23 İyun 21:20
23 İyun 21:18
23 İyun 21:17
23 İyun 20:22
23 İyun 20:21
23 İyun 20:20
23 İyun 20:19
23 İyun 20:05
23 İyun 20:03
23 İyun 20:01
23 İyun 20:00
23 İyun 19:58
23 İyun 19:54
23 İyun 18:32
23 İyun 17:40
23 İyun 17:29
23 İyun 17:15
23 İyun 16:48
23 İyun 16:34
23 İyun 16:27
23 İyun 16:22
23 İyun 16:20
23 İyun 16:17
23 İyun 16:12
23 İyun 16:10
23 İyun 16:03
23 İyun 15:25
23 İyun 15:23
23 İyun 15:14
23 İyun 14:54
23 İyun 14:53
23 İyun 14:51
23 İyun 14:35
23 İyun 14:25
23 İyun 14:13
23 İyun 14:10
23 İyun 14:01
23 İyun 13:20
23 İyun 13:06
23 İyun 12:57
23 İyun 12:54
23 İyun 12:45
23 İyun 12:43
23 İyun 12:26
23 İyun 12:16
23 İyun 12:05
23 İyun 11:59
23 İyun 11:43
23 İyun 11:34
23 İyun 11:23
23 İyun 11:20
23 İyun 11:06
23 İyun 10:45
23 İyun 10:36
23 İyun 10:15
23 İyun 10:15
23 İyun 10:11
23 İyun 10:09
23 İyun 09:58
23 İyun 09:54
23 İyun 09:12
23 İyun 08:58
23 İyun 08:54
23 İyun 08:42
23 İyun 08:38
23 İyun 08:35
23 İyun 08:29
23 İyun 08:27
23 İyun 08:21
23 İyun 08:17
23 İyun 08:11
23 İyun 08:07
23 İyun 08:04
23 İyun 01:55
22 İyun 23:15
22 İyun 22:30
22 İyun 21:32
22 İyun 21:11
22 İyun 20:59
22 İyun 20:55
22 İyun 20:46
22 İyun 19:54
22 İyun 19:49
22 İyun 19:32
22 İyun 18:34
22 İyun 18:21
22 İyun 18:03
22 İyun 17:30
22 İyun 16:33
22 İyun 16:28
22 İyun 16:12
22 İyun 16:09
22 İyun 16:07
22 İyun 15:50
22 İyun 15:44
22 İyun 15:36
22 İyun 15:34
22 İyun 15:32
22 İyun 15:30
22 İyun 15:29
22 İyun 15:26
22 İyun 15:24
22 İyun 15:20
22 İyun 15:18
22 İyun 15:16
22 İyun 14:55
22 İyun 14:47
22 İyun 14:24
22 İyun 14:04
22 İyun 13:36
22 İyun 13:28
22 İyun 13:14
22 İyun 12:30
22 İyun 12:25
22 İyun 12:24
22 İyun 12:21
22 İyun 11:45
22 İyun 11:42
22 İyun 10:24
22 İyun 10:23
22 İyun 10:21
22 İyun 10:19
22 İyun 10:16
22 İyun 10:12
22 İyun 09:55
22 İyun 09:19
22 İyun 09:17
22 İyun 09:10
22 İyun 09:09
22 İyun 09:05
22 İyun 09:04
22 İyun 09:00
22 İyun 08:58
22 İyun 08:55
22 İyun 08:52
22 İyun 08:48
22 İyun 08:46
22 İyun 08:43
22 İyun 08:38
22 İyun 01:39
Ən son xəbərləri səhifəmizdən də izləyin