Son olaraq Türkiyənin "RU" serialında rolu ilə gündəm olan Meryem Üzerli aktrisa olmamışdan öncə bir çox işdə çalışdığını, hətta meyitlərə makiyaj etdiyini açıqlayıb. Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, ulduz bu barədə "Maria Clare" jurnalına müsahibəsində deyib.
O, yeniyetməlik dövrlərində fərqli həyatları müşahidə etməkdən böyük zövq aldığını bildirib:
"Bir gün ən yaxın dostumu avtomobil qəzasında itirdim. Həyatı və ölümü sorğuladığım bir dövr idi. İnsanların həyatlarına toxunmaq istədim. Beləliklə, bir il ərzində xəstəxanada leykoz uşaqlar üçün könüllü işlədim. Bundan başqa Almaniyada xəstəxanada işlədim. Orada vəfat edən şəxslərin son səfərlərinə ən yaxşı halları ilə çıxmalarını istəyirlər. Xəstəxanada işlədiyim dövrdə bir komanda onları bu səfərə hazırlayırdı. Mən də dəfn üçün hazırlanan meyitlərə makiyaj edirdim", - deyə o bildirib.