Araşdırmalar bu il dünyada ən isti yay fəslinin olduğunu ortaya çıxarıb. Adətən, insanlar yay qızmar keçəndə, qışın da sərt olacağını iddia edir. Bəs bu iddialarda doğruluq payı varmı? Qış fəslində hava şəraitinin necə olacağı haqqında ilkin məlumatlar nə deyir? Meteoroloq Cavid Hüseynov bu barədə “Yeni Sabah”a açıqlama verib. Bildirib ki, deyilənlər reallığı əks etdirmir:
“Mövcud praktikada yay fəslinin isti və ya sərin keçməsinə əsaslanaraq qışın necə keçəcəyini proqnozlaşdırma metodikası yoxdur. Bu yanaşma çox yanlışdır. Mövsümü proqnozlar riyazi (dinamik və statistik) modellər, həmçinin iqlim xüsusiyyətləri əsasında tərtib olunur”.