Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun xidməti avtomobili kameraya düşüb. Videogörüntü sentyabrın 4-də, paytaxtın Qurban Abbasov küçəsində qeydə alınıb.
Belə ki, icra başçısına məxsus 10-AA-008 qeydiyyat nişanlı avtomobili idarə edən sürücü sözügedən küçədə ikinci cərgədə park edərək hərəkətə mane olub.
Onun sağında dayanan digər avtomobil isə sürücü ilə söhbət edərək yolda hərəkəti tam məhdudlaşdırıb.