Bakıda qardaş qardaşı qeyri-adi səbəbə görə bıçaqlayıb. Lent.az-ın əldə etdiyi məlumata görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Qısa məlumat: Hadisə bu ilin aprelin 3-də paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində 22 yaşlı Murad Nağızadə və 21 yaşlı Fuad Nağızadə qardaşları evdə axşam yeməyi yeyərkən baş verib. Belə ki, iki qardaş mətbəxdə yemək yeyərkən Fuad masadakı ketçup qabını ağzına qoyaraq sormağa başlayıb.
Böyük qardaş Murad Fuada belə ədəbsiz formada yeməməsi barədə xəbərdarlıq edib. Fuad isə qardaşının sözünü ciddiyə almayaraq onun başına 2 şillə vurub. Nəticədə Murad böyük olduğu üçün bu hərəkəti qəbul etməyərək, əsəbiləşib və kolbasa doğramaq üçün əlinə götürdüyü bıçaqla qardaşının qarnına xəsarət yetirib.
Məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxs özünü ittiham üzrə təqsirli bilərək qeyd edib:
"Saat 7-də evə gələndə qardaşımla nənəm evdə idi. Anam isə işdə. Nənəm qonaq otağında təmizlik işləri görürdü. Bizdən çarpayını çölə çıxarmağımızı istədi. Qardaşımla birgə onu çölə çıxardıq. Sonra Fuadla mətbəxdə yemək yeməyə getdik.
Yemək yeyərkən qardaşım masada olan ketçupun qabını ağzına tutaraq ədəbsiz formada ağzı ilə birbaşa sormağa başladı. Ona elədiyi hərəkətə görə irad bildirdim. Dedim ki, həmin ketçupdan ondan başqaları, elə mən də istifadə edirəm.
Ağzına vurmamasını xahiş etdim. Mənə "yaxşı edirəm" dedi. Əlimin tərsi ilə ayağına yavaşca şillə vurub, bir də eləməməsini dedim.