Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 6-da gecə saatlarında Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisindən “VAZ-27175” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini R.Hüseynov avtomobillə birgə saxlanılıb.