Bakıda qadın sərxoş həyat yoldaşından polisə şikayət edib. Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki, 41 yaşlı Elvin Quliyev (ad-soyadlar şərti) hadisə günü içkili vəziyyətdə evə gəlib.
İttihama görə, həyat yoldaşı Samirə onun davranışlarını qınayarkən, Elvin ona "səni öldürərəm ha", - deyə cavab verib. Bu sözü eşidən kimi qadın birbaşa polis şöbəsinə qaçıb. Sərxoş ər onun arxasınca gəlib və cütlük şöbənin qarşısında da mübahisə edib.