BURADA REKLAMINIZ OLA
BİLƏR

15 iyundan sonra rayonlara gediş-gəliş bərpa olunur? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi xüsusi karantin rejimi iyulun 1-nə kimi uzadılıb. Dünən Operativ Qərargahın keçirdiyi brifinqdə iyunun 15-dən sonra daxili gediş-gəliş məsələsinə baxılacağı bildirilib. İyunun 15-dən sonra rayonlara gediş gəlişə icazə verilə bilərmi?

 

Deputat İqbal Məmmədov bildirib ki, bununla bağlı qərar vermək Operativ Qərargahın səlahiyyətindədir: "Çünki Operativ Qərargah mövcud vəziyyəti, yoluxma sayını analiz etdikdən sonra yumşalma ilə bağlı qərar verir. Təəssüf ki, son həftələrin statistikası heç də yaxşı deyil. Günlük yoluxma sayı 300-ü keçib. Karantin rejimində tədbiq edilən yumşalmalardan sonra insanlarımız sanki bu xəstəlik yoxmuş kimi davranmağa başladılar. Sosial məsafəni qorumadan və qoruyucu tibbi maskadan istifadə etmədən çölə axışdılar. Nəticədə də son günlərin statistikasında xeyli sayda artım oldu. Bilirsiniz ki, pandemiya başladığı ilk başlarda cənab prezident və dövlət tərəfindən çox mühüm qabqlayıcı tədbirlər görüldü. Onun nəticəsində yoluxmanın sayı xeyli aşağı idi. Bir çox ölkələr, eləcə də Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan dövlətinin atdığı qabaqlayıcı addımları yüksək qiymətləndirdi. Bilirsiniz ki, pandemiya dövlət iqtisadiyyatına təsirsiz ötüşmədi. Amma buna baxmayaraq cənab prezident bildirdi ki, dövlətimiz üçün ilk olaraq önəmli olan insanlarımızın sağlamlığıdır. Məhz ona görə də karantin rejimi iyulun 1-nə kimi uzadıldı. Həftə sonları və bayram günləri insanların çölə çıxmasına qadağa qoyuldu. İyunun 15-də Operativ Qərargah tərəfindən hansı qərarlar veriləcəyi ilə bağlı hər hansı fikirlər səsləndirmək düzgün olmaz. Eləcə də iyunun 15-dən sonra bölgələrə gediş-gəlişə icazə veriləcəyi ilə bağlı. Düşünürəm ki, insanlarımız səbrli və məsuliyyətli olub, Operativ Qərargahın qoyduğu qaydalara əməl etsələr biz bu vəziyyətdən tezliklə çıxa bilərik. Bunun üçün ilk öncə sosial məsafəni saxlamalı, qoruyucu tibbii maskalardan istifadə etməliyik. Biz bu yolla həm özümüzü, həm də yaxınlarımızı təhlükəli virusdan qoruya bilərik".Sonxəbər

Tarix: 10 İyun 2020, 14:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin