Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Salyanda avtomobil kanala düşüb, ər-arvad boğuldu

1 475
Paylaş:
Salyanda avtomobil kanala düşüb, ər-arvad boğuldu

Fövqəladə Hallar Nazirliyi Salyandakı yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Pravda.az-ın xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonunun Sarvan kəndində "Moskviç" markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Muğan Regional Mərkəzinin axtarış-xilasetmə qrupları hadisə yerinə cəlb olunub. Regional mərkəzin qüvvə və vasitələrinin köməkliyi ilə avtomobil kanaldan çıxarılıb, içərisində aşkarlanan şəxsiyyəti məlum olmayan kişi və qadın meyiti aidiyyəti üzrə təhvil verilib. Eyni zamanda, xidmətin dalğıc-axtarış qrupu tərəfindən su kanalında axtarış işləri aparılıb. Boğulanlar ər-arvad olublar.

Paylaş:

Ən son xəbərlər