BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN Kəlbəcər rayon sakininin təzyiqə məruz qalması barədə iddialara aydınlıq gətirib

Bəzi internet resurslarında Kəlbəcər rayon sakininin Gəncə şəhərində təzyiqə məruz qalması ilə bağlı iddialar yayılıb.


Pravda.az-ın xəbərinə görə, bununla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, avqustun 28-də axşam saatlarında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən inzibati ərazilərində xidmət apararkən “Niva” markalı avtomobil qayda pozuntusuna görə “saxla” işarəsi verilib.


Lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq təhlükəli manevrlər edərək uzaqlaşmaq istəyib. Qanunla müəyyən edilmiş qaydada saxladılan sürücünün sərxoş olması barədə sübhələr olduğundan onun alkotester vasitəsi ilə sərxoşluq müayinəsindən keçirilməsi tələb olunub. Lakin sürücü Ruslan Nağıyev və sərnişin İntiqam Salahov polisin qanuni tələblərinə tabesizlik göstəriblər, hərəkətlərinə görə barələrində olan inzibati tənbeh tədbirindən yayınmağa çalışıblar.


Hər iki şəxs saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilən zaman R. Nağıyev inzibati binada da öz qanunsuz əməllərini davam etdirərək binadakı əməkdaşların xidməti fəaliyyətlərinə də mane olub. R. Nağıyev barəsində toplanmış material maddi sübutlarla birlikdə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 8 sutka müddətinə inzibati qaydada həbs edilib: “Vətəndaşın polis əməkdaşları ilə bağlı səsləndirdiyi iddialara gəldikdə isə həmin iddialar araşdırma predmetidir, hazırda araşdırmalar davam etdirilir”.

Tarix: 8 Sentyabr 2024, 19:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin