Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Elariz Məmmədoğlu yeni biznesindən danışdı: "Qazancım haqda soruşmayın"

1 046
Paylaş:
Elariz Məmmədoğlu yeni biznesindən danışdı:    "Qazancım haqda soruşmayın"

"Biznesim var idi. Koronavirus mane oldu. O qədər də böyük zərər olmadı. Yeni biznes üçün məqam gözləyirəm".


Bu fikirləri müğənni Elariz Məmmədoğlu moderator.az-a açıqlamasında deyib.


O, gələcək biznesindən danışıb.


"Hələ nə olacağı sirdir. ABŞ-də hər bir işə tələbat var. Burada sahibkar, yaxud da adi işçi olmağın heç bir fərqi yoxdur. Əsas pul qazanmaqdır. Qazancım haqda soruşurlar, amma bu haqda heç bir açıqlama vermək istəmirəm", - deyə müğənni bildirib.


Müğənni ABŞ-də dil öyrəndiyini də deyib.


"Hər kəs ingilis dilini bilməlidir. Rus dili ingilis dilindən 20 dəfə çətindir. Mən də ingilislərin məktəbinə gedib dili mənimsədim. Şükür ki, nəticəsi oldu", - deyə o bildirib.


"ABŞ-də müğənni olmaq yaxşıdır, yoxsa Azərbaycanda?" sualına müğənni belə cavab verib:


"Mən Azərbaycan türküyəm və Azərbaycanda oxumaq mənim üçün daha maraqlıdır. Çünki Azərbaycanı sevirəm".

Paylaş:

Ən son xəbərlər