"Yeni nəsə öyrənməyə can atan adamam. Musiqiçiyəm, məni digərlərindən fərqləndirən cəhətim də budur. Əsas vəzifəm kütlənin zövqünə işləmək deyil. Zövqü diktə etməkdir. İxtiyarım yoxdur nə gəldi oxuyum ki, təki pul qazanım. Müəllimlərin məni daşlayar. 25 ildir musiqiyə heç bir təmənna güdmədən xidmət edirəm. son illər musiqi məktəbi yaratmışam. Böyük komanda işləyir. Böyük prodüser mərkəzidir. Orada ulduz yetişdirirəm. Bəzilərinin ulduzunu yandırmışam".
Bu sözləri müğənni Elnarə Xəlilova "Künc-bucaq" yutub layihəsində deyib. Sənətçi yaradıcılığından danışıb.