Qazaxda küçədə baş verən bıçaqlanma hadisəsi anbaan müşahidə kameralarına əks olunub. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sentyabrın 5-də saat 22 radələrində Qazax Rayon Polis Şöbəsinə Masallı rayon sakini Elçin Burhanlının kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub.