Fala baxmaq adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən ər-arvadın barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Pravda.az xəbər verir ki, təqdimata Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 1989-cu il təvəllüdlü Ceyhun Şahin oğlu Zeynallı və onun həyat yoldaşı olmuş İsmiyeva Şəfəq Müslüm qızı barəsində vətəndaş Rəna Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.
Məhkəmənin qərarı ilə C.Zeynallı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə əri Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqsəsinə girib 2017-i ilin əvvələrində "İnstagram” sosial şəbkəsində "baxıcı” adlı səhifə açıb.