"İrəvanda Azərbaycan tarixi silinir". CBC telekanalında bu adlı sənədli filmin premyerası olub. Lentdə şəhərin gerçək mənzərəsi əks olunur. İrəvan sakinlərinin dedikləri isə Ermənistan paytaxtında Azərbaycan mədəni irsinin məhvi ilə bağlı faktları aşkara çıxarmağa imkan verir.
Ermənistan ərazisində mövcud olan Azərbaycan mədəniyyətinin mühüm abidələrindən biri – Təpəbaşı məscidinin yerləşdiyi məhəlləyə də xüsusi diqqət yetirilir.
CBC teleradio şirkətinin baş direktoru Vüqar Xəlilov filmin baş prodüseridir. Qərbi Azərbaycan mövzusunda çəkilən bu filmdə də açıq-aydın görünür ki, İrəvandakı jurnalist araşdırması yüksək təhlükəli şəraitində baş tutub, jurnalistlər və çəkiliş qrupunun işi undercover journalism qanunlarına uyğun aparılıb. Çəkiliş qrupu şəhərin küçələrində sorğular apardı. Bu isə sadə İrəvan sakinlərinin vəziyyətlə bağlı nə düşündüklərini və bildiklərini öyrənmək üçün unikal imkan yaratdı».