Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadənin qardaşı Qiyaməddin Şəmsizadə həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 1958-ci il tarixdə Quba rayonunun İspik kəndində anadan olmuş Qiyaməddin Şəmsizadə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Onun qardaşının adından istifadə etməklə bir neçə şəxsdən külli miqdarda vəsait alaraq mənimsədiyi məlum olub.
Belə ki, Kamil Səfərəliyev adlı şəxs 2019-2020-ci illərdə Bakı Dövlət Universitetində müəllim işləyib. Pandemiya ilə əlaqədar universitetdə dərslər dayandığından işdən çıxarılıb. Kamil Səfərəliyev yenidən BDU-ya müəllim kimi düzəlmək üçün Qiyaməddin Şəmsizadəyə 15 min manat pul verib. Təqsirləndirilən şəxs 2022-ci ildə həmin vəsaiti BDU-nin keçmiş müəllimdən alaraq onu qardaşı vasitəsi ilə işə bərpa edəcəyini vəd edib.