Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişi ilə yeni mövsümdə də tamaşaçıların qarşısına çıxıb. Axşam.az xəbər verir ki, proqram zamanı Zaur açıqlaması ilə diqqət çəkib.
"Xoşlamıram deyim ki, biz birinciyik, nəyinsə ilkinə imza atmışıq. Dünyada birinci deyilən bir şey yoxdur. Kimsə kimdənsə nəsə götürüb. Nə qədər insan burada sağlamlığına, doğmalarına, evinə qovuşub. Sevənlərimiz çoxdur, sevməyənlərimiz də var. Bir insanı hamı sevirsə, deməli orada saxtakarlıq var" deyə, aparıcı bildirib.