Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Pravda.az xəbər verir ki, Sərəncama əsasən, Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif ediliblər:
“Şöhrət” ordeni ilə
Aslanov Orxan Əlövsət oğlu
Vəliyeva Lamiyə Rövşən qızı
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Xəlilov İmaməddin Marif oğlu
Nəcəfzadə Səid Əli oğlu
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Salei Raman Serqeyeviç
Zəkiyev İlham Əzizağa oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Zeynalov Sabir Elniz oğlu
1-ci dərəcəli “Əmək” ordeni ilə
Panyutin Oleq Viktoroviç