Tez-tez acırsınız? Lakin hər dəfə yedikcə kökəlirsiniz? O, zaman düzgün qidalanmağı seçin.
Axşam.az xarici mətbuata istinadən sizləri sağlam qəlyanaltı üçün 7 məhsulla tanış edəcək. Acdıqca bu məhsulları yeyə və arıqlaya bilərsiniz. Daha dəqiq desək, bu məhsulların kalorisi az olduğundan kökəlməyəcəksiniz.
Alma sellülozla zəngin olduğundan aclıq hissini tez aradan qaldırır. Lakin onun tərkibində fruktoza olduğu üçün günün birinci yarısı yemək məsləhətdir.
Şirin kartof az kalorili məhsuldur. 100 qramı 120 kaloridir. Ləzzətli və xeyirlidir!