Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

XİN: Azərbaycan separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə öhdəliyə malik deyil

540
Paylaş:
XİN: Azərbaycan separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə öhdəliyə malik deyil

Hərbi əsirlərin qaytarılması məsələsinə gəldikdə, hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil.

Pravda.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş nazirinin 10 sentyabr tarixində “Yerevan Dialoqu” adlı forumda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində bildirilib.

Qeyd edilib ki, Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq hərbi əsirlərin hər birini Ermənistana təhvil verib:

"Lakin Azərbaycan tərəfindən qaytarıldıqdan sonra hərbi əsirlərin Ermənistan dövləti tərəfindən kütləvi surətdə həbslərə və təqiblərə məruz qalmaları bu dövlətin öz vətəndaşlarına “qayğısı” kontekstində xüsusi təəccüb doğurub".

Paylaş:

Ən son xəbərlər