İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş Namiq Əsədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, onun meşə massivində əkdiyi 21 ədəd çətənə kolu aşkar olunub.