Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

ŞAD XƏBƏR: Koronavirusa qarşı hazırlanan peyvənd nəticə verdi

1 710
Paylaş:
ŞAD XƏBƏR:     Koronavirusa qarşı hazırlanan peyvənd nəticə verdi

Çin alimləri tərəfindən  COVID-19-a qarşı hazırlanan yeni peyvənd meymunlar üzərində sınaqdan keçirilib.

Sputnik-ə istinadən bildirir ki, nəticələr ümidverici olub.

Tədqiqatçıların oxşar sınaqları bir müddət əvvəl siçanlar, siçovullar, qvineya donuzları, dovşan və digər heyvanlar üzərində aparsalar da, bu qədər müsbət nəticənin əldə olunmadığı bildirilib.

Reuters-in məlumatına görə, hazırda Çin mütəxəssisləri COVID-19-a qarşı 5 növ peyvəndi sınaqdan keçirir.

Xatırladaq ki, dünyada koronavirusa qarşı 100-dən çox mümkün vaksin hazırlanıb. Ən perspektivlilər sırasında əczaçılıq nəhənglərindən olan “AstraZeneca” şirkəti ilə Oxford Universitetinin birgə hazırladığı, o cümlədən Çin şirkəti “CanSino Biologics”in və ABŞ-ın dərman firması “Moderna”nın peyvəndləridir.APA

Paylaş:

Ən son xəbərlər