Gənc şair Şəhriyar Del Gerani də koronavirusa yoluxub. Şair deyir ki, virusun ilkin simptomlarını cümə günü özündə hiss edib və təcili yardım çağırıb. Həkimlər onu xəstəxanaya aparıblar və analiz götürüblər. Bu gün isə onun analizinin cavabı pozitiv çıxıb.
Gənc yazar Şəhriyar Del Gerani koronavirusa yoluxub.
Bu barədə məlumatı şairin özü təsdiq edib. O, bildirib ki, COVID-19 testi pozitiv çıxıb. Şair deyir ki, ötən həftənin cümə günü temperaturu qalxıb və özünü yaxşı hiss etmədiyi üçün təcili tibbi yardıma müraciət edib. Yaşadığı evə gələn həkimlər ona ilkin yardım ediblər. O cümlədən də yaxma analizi götürüblər. Şair özünü yaxşı hiss etmədiyindən təcili tibbi yardım briqadası onu 1 saylı kliniki tibbi mərkəzə aparıblar.