Bakı yaxınlığında, Nardaran və Bilgəhdə dəniz kənarında inşa edilən supermüasir yaşayış və istirahət kompleksi "Sea Breeze Resort"a iri investisiyalar yatırılır.
Pravda.az Fed.az-a istinadla xəbər verir ki, burada inşa edilən minlərlə mənzil investorlar üçün maraqlı yatırım hədəfinə çevrilib. Artıq burada yatırım rekordları qeydə alınmaqdadır.
İndiyədək kompleksə ən böyük yatırım bir investor tərəfindən 3 binanın alınması olub. Bu barədə kompleksin sahibi və rəhbəri Emin Ağalarov bildirib. Onun sözlərinə görə, bir investor sözügedən binalardakı 360 mənzilin hamısını alıb: vakansiyalar
"Müştəri yaxınlaşdı, layihəyə inandı və bildirdi ki, yaxşı endirim edilsə, 3 bina, buradakı 360 mənzilin hamısını alacaq. Biz ona 1 il vaxt verdik, bu müddət ərzində binalar hazır olacaq. Bu, indiyədək qeydə alınan ən böyük satış müqaviləmizdir", - deyə E.Ağalarov bildirib.
"Sea Breeze"in sahibi bildirib ki, müştəri bu 360 mənzili sonradan, layihə bitəndən sonra satmaq üçün alır: