Klassik Xalq Cəbhəsi Partiyası sentyabrın 15-də mühüm qərar verəcək. Bu barədə Qaynarinfo-ya açıqlamasında sözügedən partiya sədri Mirmahmud Mirəlioğlu deyib.
Sədr bildirib ki, istəlinən seçki kampaniyasından sonra uğur və uğursuzluğa görə atılan addımlar normal cəmiyyətdə təbii qarşılanmalıdır:
"Bütün məsələlərlə bağlı məsuliyyəti birinci şəxs - sədr daşıyır. Bu A variantımızdır. Təbii ki, istefa vermək, özü də istəlinən yerdə və istəlinən zamanda mümkündür".