Xalq artisti Aygün Kazımova son bir neçə ildir görünüşü, oxuduğu mahnıları, verdiyi konsertləri və çəkdirdiyi klipləri ilə gündəmdən düşmür.
Pop kraliçanın oxuduğu mahnıların hər biri hitə çevrilir. "Parol", "Bilmək olmaz", "Vəfasızlar", "Sağsalamat" aylardır dillər əzbəridir.
Kazımovanın sonuncu dəfə təqdim etdiyi "S.O.S" isə balacadan böyüyə hər kəsin dilindədir. Getdiyimiz hər restoranda, istirahət mərkəzində, gözəllik salonunda, küçədə, bir sözlə hər yerdə "S.O.S" səsləndirilir.
Aygün son bir neçə ildir oxuduğu mahnılarla yutubda milyonlarla baxış toplamağı bacarıb. Pop kraliçanın ifaları bir çox dijital platformalarda birinci sıradan qərarlaşmağı bacarıb.