Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonunda Püstə Hüseynovaya və Əliağa Hüseynova kəsici alətlə xəsarət yetirilməsi, Ə.Hüseynovun isə aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Pravda.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən ölən şəxsin kürəkəni, Şeydayev Elbrus saxlanılıb.