Müğənni Kərim Abbasovun iştirak etdiyi məclislərin birində döyülməsi ilə bağlı hadisənin yeni təfərrüatı məlum olub. Toyda qeydə alınan insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb. Yenisabah.az məsələnin detallarını öyrənə bilib.
Belə ki, toyda iştirak edən qonaqlardan biri baş verən insidentin təfərrüatını danışıb.
Onun sözlərinə görə, Kərim Abbasov toy boyu canlı oxusa da, məclisin sonuna yaxın sifariş olunan rusca mahnını fonoqram ifa edib:
"Kərim toy boyu canlı ifa edirdi. Lakin sonradan mahnı sifarişi gəldi, sifariş edilən mahnı rus mahnısı idi. O, sifariş edilən mahnını fonoqram oxuyurdu. Müğənnilər rus mahnılarını çox da yaxşı bilmirlər, amma ev yiyəsindən sifariş gəldikdə onu oxumağa məcburdurlar. Kərim sifarişi oxuduğu vaxtda məclisdə olan qonaqlardan biri səhnəyə yaxınlaşdı ki, mən də səninlə birgə ifa edəcəyəm. Mahnı fonoqram olduğu üçün istər-istəməz qonağa verilən mikrofonun səsi zəif çıxır. Bu zaman qonaq israr etdi ki, Kərim öz mikrofonunu ona versin. Qonaq inadla müğənnidən mikrofonunu istədi, ona oxumağa imkan vermədi. Kərim də əsəbiləşdi ki, bu, mənim şəxsi mikrofonumdur və onu heç kəsə vermirəm.