Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Fatma Səttarova II Fəxri xiyabanda dəfn edildi - YENİLƏNDİ

1 072
Paylaş:
Fatma Səttarova II Fəxri xiyabanda dəfn edildi -   YENİLƏNDİ

Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Səttarova dəfn olunub.

Mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

10:17

Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Hüseyn qızı Səttarova vəfat edib.

O, 102 yaşında dünyasını dəyişib.

Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Səttarova Prezident İlham Əliyevin sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif edilmişdi.

Ona həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü də təyin edilmişdi.

Paylaş:

Ən son xəbərlər