BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB-in tabeliyində olan xəstəxanalarda yenə elektron sistem çökdü

Azərbaycanda Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrindəki İcbari Tibbi Sığortaya bağlı olan elektron sistem çöküb.

 

"Unikal"ın məlumatına görə, ölkə üzrə tibb mərkəzlərinə gedən vətəndaşlar elektron sistemin işləməməsi səbəbindən xidmətlərdən yararlana bilmir. Müraciət edən vətəndaşlar geri qaytarılırlar.

 

Bu səbəbdən xəstəxanalarda növbələr də yaranıb.

Tarix: 14 Sentyabr 2024, 11:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin