Xəbər verdiyimiz kimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova bu gün 102 yaşında dünyasını dəyişib. News24.az Fatma Səttarovanın dosyesini təqdim edir:
F.Səttarova 1922-ci ildə Bakıda anadan olub. İkinci Dünya müharibəsinin ilk aylarında tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb. 1941-1942-ci illərdə Moskva uğrunda döyüşlərdə iştirak edib. F.Səttarova Sovet ordusunun sıralarında Berlinə qədər gedib.