Vikipedianın Azərbaycan seqmentinə "məsul" olan bəzilərinin Vətən adına pis əməllər törətdiklərinin, milli düşüncəmizə qarşı təxminən soyqırım xarakterli yanaşma sərgilədiklərinin dəfələrlə şahidi olmuşam və etiraz olaraqdəfələrlə həyacan təbili çalanlardan biri də mənəm.
Bu dəstənin bir neçə üzvü ilə vurtual sektorda danışıb çox ziyanlı hərəkətlər etdiklərini dəfələrlə xatırlatmışam. Bu mövzuda mötəbər tədbirlərdə, media orqanlarında, sosial şəbəkələrdə çıxışlar etmişəm.
Demişəm və deyirəm ki, bu dəstənin milliliyimizi hədəf alan üzvləri məhz Vətən əleyhinə işlər görürlər. Məqsəd tariximizə, dəyərlərimizə, şəxsiyyətlərimizə, bütövlükdə varlığımıza "vikipedik deyil" bəhanəsi ilə zərbə endirmək, kimliyimizi zədələməkdir. İnanmaq istərdim, onlar belə ağır yanlışlığı nəticəsini duymadan həyata keçirirlər.
Bu da növbəti acı və ağrıdıcı fakt. Həmin dəstə üzvləri minlərlə şəhidlərimiz barədə məqalələri "vikipedik deyil" iddiası ilə vikipediadan siliblər. Adları silinənlər arasında milli qəhrəmanlarımız da var. Hadisədən ilk dəfə dəyərli həmkarım Fərid Pərdəşünasın paylaşımı vasitəsi ilə xəbər tutmuşam. İlk reaksiyam belə olmuşdu: axı bu adamlar kimdir ki, belə rəzalətə çəkinmədən müəlliflik edirlər.