Dünyanın bir sıra nüfuzlu şirkətləri beynəlxalq hüquq normalarını pozaraq, işğal olunmuş ərazilərdə mədənçilik, tikinti, ağac emalı və digər sahələrdə fəaliyyət göstəriblər. AzTV onlardan birinin cinayət əməlləri haqqında araşdırma aparıb.
Bu İsveçrə vətəndaşı Vartan Sirmakes adlı erməniəsilli biznesmenin maliyyə dəstəyi verdiyi, rəsmi olaraq İsveçrədə qeydiyyatda olan və "Vallex Group" şirkətlər qrupuna daxil olan "Base Metals" şirkətidir.