Bakıda qadın 2 kişini bıçaqlayıb.
Hadisə sentyabrın 15-i saat 09 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində qeyd alınıb.
Salyan rayon sakini 1982-ci il təvəllüdlü Y.Vəliyeva yaşadığı evdə qonşusu Lənkəran rayon sakini 1978-ci il təvəllüdlü A.Quliyevi və qeyri-rəsmi nikah münasibətlərində olduğu 1983-cü il təvəllüdlü K.Dadaşovu bıçaqlayıb.