Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

MSK sədri sosial şəbəkələrdə manipulyasiya ilə bağlı xəbərdarlıq etdi: "Vaxt itirməsinlər..."

547
Paylaş:
MSK sədri sosial şəbəkələrdə manipulyasiya ilə bağlı xəbərdarlıq etdi:     "Vaxt itirməsinlər..."

Sosial şəbəkələrdə də müəyyən kombinasiyalar qurmaq səyləri olub.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, o görüntülərdə elə təəssürat yaranır ki, guya pozuntu var: “Buna vaxt itirən tərəflərə çatdırın ki, vaxt itirməsinlər. Biz bunu araşdırırıq. O yola əl atanlara hansı şəkildəsə məsuliyyətləri başa salınmalıdır. Bunlar qanunauyğun addımlar deyil. Bizim o prosesə nə qədər vaxtımız gedir. Bunu edənlər məsuliyyətə cəlb olunmalıdır”.

Paylaş:

Ən son xəbərlər