Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

MSK: Parlament seçkilərində veb-kameralara baxış sayı kəskin artıb

566
Paylaş:
MSK: Parlament seçkilərində veb-kameralara baxış sayı kəskin artıb

Növbədənkənar parlament seçkilərində veb-kameralara baxış sayı məlum olub.

Bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında məlumat verilib.

Növbədənkənar parlament seçkilərində veb-kameralara baxış sayı 570 049 olub. Bu, 2020-ci ildə keçirilən parlament seçkiləri ilə müqayisədə 2 dəfədən çoxdur. 2020-ci ildə parlament seçkilərində veb-kameralara baxış sayı 227 866 olub.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, veb-kamera ilə seçkiləri müşahidə edənlərin sayındakı ciddi artım veb-kameraların seçki prosesindəki səmərəliliyinin göstəricisidir.

APA

Paylaş:

Ən son xəbərlər