BURADA REKLAMINIZ OLA
BİLƏR

“Universitetə qəbul olsam da, pulsuzluqdan oxuya bilmədim” - VİDEO

“1-ci sinifdən 11-ci sinifə kimi əlaçı olmuşam. Birinci sırada əyləşmişəm. “Sinifkom” olmuşam, bütün sinif yoldaşlarımı idarə etmişəm. Müəllimlərin sözlərinə görə, sözün əsl mənasında çox yaxşı şagird olmuşam”. OLAY yazır ki, bu sözləri müğənni Türkan Vəlizadə qonaq olduğu “Günə bax” verilişində deyib.

 

Sənətçi bildirib ki, 16 il əvvəl ödənişli əsaslarla universitetə qəbul olsa da, maddi imkansızlıqdan o təhsilini davam etdirməyib:

 

“Bakı Dövlət Universitetinə qəbul oldum. Amma ödənişli əsaslara qəbul olduğum üçün getmədim. O zamanlar imkanımız yox idi. Bir neçə bal əskik oldu. Təəssüf ki, təhsilimi sona kimi başa vura bilmədim. İndiki zaman olsaydı, oxuyardım. Amma hansı fakültə qəbul olduğum əfsuslar olsun ki, yadımda deyil. Sənədlərimi dördüncü qrupa vermişdim. 34 yaşım var. Xalq artisti Nazpəri Dostəliyevaya dedim ki, təhsilimi davam etdirmək istəyirəm. Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmaq istəyirəm. O mənə söylədi ki, mən sənə kömək edərəm. Mənə düzgün istiqamət verəcək. Fikrim var ki, gələn illərdə sənədlərimi həmin universitetə verim”.

 

Tarix: 17 Sentyabr 2024, 11:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin