Fransa şirkətlərinin Ukraynada pilotsuz uçuş aparatları və texnika üçün istehsal etdiyi avadanlıqların bir hissəsi Ermənistana ayrılır.
Qərbdəki diplomatik mənbənin verdiyi məlumata görə, istehsalın tam 30 faizi Ermənistan üçün nəzərdə tutulub.
Mənbə onu xüsusi qeyd edib ki, artıq ilk yüklərin göndərilməsi də həyata keçirilib.
Məlumata görə, bu ilin yayından Fransanın üç müdafiə sənayesi şirkəti pilotsuz uçan aparatlarının komponentləri və müxtəlif texnikaların, o cümlədən zirehli texnikaların ehtiyat hissələrinin istehsalı sahəsində əməkdaşlığa başlayıb.