BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəbnəmin qızının nişanı qayıtdı - FOTO

Müğənni Şəbnəm Tovuzlu qızının nişanını qaytardığını açıqlayıb.

 

Pravda.az azxeber.com-a istinadən xəbər veriri ki, o bu haqda "Rəngarəng" verilişində danışıb.

 

Sənətçi, bunun daha doğru qərar olduğunu deyib:


 
"Toy olmayacaq çünki Günel bunu istəmədi. Nişan tanışlıq ərəfəsidir. Onlar bir-birilərini özləri məktəb vaxtından istəmişdilər. Daha çox qarşı tərəf israr etdi elçi gəlmək üçün. Xasiyyətləri tutmadığı üçün qızım özü nişanı qaytardı. Bir insan sənə əsəb, stres yaşadırsa, göz yaşı tökdürürsə, demək ki, bəri başdan yolları ayırmaq lazımdır. Allah uzaq eləsin, biri də var ərə gedəsən, övladın ola və ayrılasan. Bu daha çətindir, ana üçün də, övlad üçün də pisdir. Analar bəzən 1 həftə tanıdığı ailəyə qızını zorla verir. O da gedir bir aydan sonra qayıdır".

Fotoları təqdim edirik
Tarix: 17 Sentyabr 2024, 14:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin