"Azərbaycan COP29-un keçirilməsi üçün bir neçə il idi ki, müxtəlif layihələrlə, müxtəlif yaşıl enerji ya da ki, alternativ enerji lahiyələri ilə dünyanın diqqətini cəlb edirdi". Bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AzTV-nin "Hədəf" verilişində deyib.
"Ölkəmiz bu sahədə ən qabaqcıl layihələrlə çıxış edir. Dövlət başçısının bu sahədə çox böyük önəm verdiyi yaşıl enerji layihələri, yaşıl enerji zonaları, koridorları var. Bütün bu layihələr dünyanın da marağını cəlb edib. Burada Azərbaycan öz liderliyini göstərməklə noyabr ayında bütün ölkələri Azərbaycana dəvət edib. Burada Bakı iqlim danışıqlarının aparılmasına müvafiq şərait yaradıb", - o qeyd edib.