Qarabağ Universitetində yeni təyinat olub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov müvafiq əmr imzalayıb.
Qarabağ Universitetində təyinat
Əmrə əsasən, İradə Əli qızı Süleymanova Qarabağ Universitetinin Tələbələrlə İş Mərkəzinə direktor təyin edilib.
Qeyd edək ki, İ.Süleymanova bundan əvvəl BDU-nun Sabah Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.