“Son illər cərrahiyyə əməliyyatı vasitəsilə uşağı "götüzdürmək" dəbə minib: tibbi müəssisələr, həkimlər, aptek və dava-dərman mafiyasına bu sərf edir. Onlar bir qız uşağı olan valideynlərin gözünü qorxudublar ki, övladınız təbii yolla ana olsa, ölər”. Bu sözləri Yenisabah.az-a tanınmış kulturoloq Aydın Xan Əbilov deyib. Gənc qızların təbii doğuşdan qaçmasından danışan kulturoloq onları tənqid edib:
“Anam 8 övladı iynəsiz-kənar müdaxiləsiz doğdu, heç ölüb eləmədi, hələ abort etdiklərini demirəm, çoxlarınızda da eləydi. vakansiya
Hələ gənc xanımlara baxın, guya təbii doğuş zamanı bunların fiqurları korlanacaq, nədir, məgər ömürlük bakirə Məryəm olaraq gəzmək istəyirlər?!
Əməliyyatlar zamanı kor bağırsaq tullanılır, xərçəng şişləri də, onda belə çıxır ki, bu gün dünyaya gətizdirilənlər də sadəcə gələcəyin “canlı ölü”ləridir?!
Bir qadın ki, təbii yolla uşağını doğmursa, ana ilə övladı arasında emosional, psixoloji, sosial, mənəvi bağlılıq ömründə ola bilməz...”
O, qeysəriyyə yolu ilə dünyaya gələn uşaqların gələcəkdə müxtəlif problemlərlə üzləşəcəyini bildirib:
“Əməliyyatla dünyaya gələnlərin neçə faizinin sağlamlığında problem var, psixası pozulub, böyüyəndən sonra milli yeməklər deyil, hazır yarımfabrikatlara meyllidirlər bunu məmləkətimizdə araşdıran yoxdur.