Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda avtomobildən içərisində 1650 manat pul və qızıl üzük olan çanta oğurlanıb

537
Paylaş:
Bakıda avtomobildən içərisində 1650 manat pul və qızıl üzük olan çanta oğurlanıb

Qaradağda avtomobildən oğruluq olub.

Bu barədə Pravda.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən ticarət mərkəzində “Mercedes” markalı avtomobildən 4600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən N.Məhərrəmov müəyyən olunaraq saxlanılıb.

Onun “KİA” markalı digər avtomobildən içərisində 1650 manat pul və qızıl üzük olan çantanı oğurlaması da məlum olub.

Araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər