Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda "dünya rekordçusu" olan palçıq vulkanı yenidən püskürdü - VİDEO

603
Paylaş:
Azərbaycanda "dünya rekordçusu" olan palçıq vulkanı yenidən püskürdü -     VİDEO

Ötən gün Lökbatan qəsəbəsindəki palçıq vulkanı növbəti dəfə püskürüb.

Bu barədə məlumat Baku.ws-in "qaynar xətti"nə daxil olub.

İlkin məlumatlara görə, püskürmə zamanı ətrafa heç bir ciddi ziyan dəyməyib. Vulkanın yaratdığı palçıq axını ətrafa yayılıb.

Qeyd edək ki, Lökbatan palçıq vulkanı Bakı şəhərindən 12-15 km cənub-qərb istiqamətində, Lökbatan qəsəbəsi yaxınlığında, Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Püskürmələrin sayına görə "dünya rekordçusu" olan bu palçıq vulkanı Azərbaycanın ən aktiv, dünyanın isə ən aktiv beş palçıq vulkanından biridir.

Paylaş:

Ən son xəbərlər