BURADA REKLAMINIZ OLA
BİLƏR

Novella Cəfəroğlu bu partiyanın fəxri üzvü seçildi

Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu Gələcək Azərbaycan Partiyasının (GAP) fəxri üzvü seçilib.

 

Bu barədə Pravda.az-a partiyadan məlumat verilib.

 

Bildirilib ki, 16 sentyabr tarixində Gələcək Azərbaycan Partiyası İdarə Heyətinin qərarı ilə Novella Cəfəroğlunu partiyanın fəxri üzv seçib. Ona qarşıdakı günlərdə fəxri üzvlük sənədinin təqdim olunacağı qeyd olunub.

 

Qeyd edək ki, Novella Cəfəroğlu bir neçə gün öncə Müsavat Partiyasından öz istəyi ilə istefa verib.

Tarix: 18 Sentyabr 2024, 13:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin