AXCP Rəyasət Heyətinin üzvləri Qarabağ qazisi Asif Yusifli və İlham Hüseyn istefa veriblər.
Asif Yusifli və İlham Hüseyn istefaları ilə bağlı sosial media hesablarında paylaşım ediblər. "Başda Əli Kərimli olmaqla Xalq Cəbhəsinin bütün üzvlərinə uğurlar arzulayıram. Uzun müddətli birgə fəaliyyətə görə bütün AXCP üzvlərinə təşəkkür edirəm. Bu gündən etibarən AXCP üzvlüyündən istefa verirəm. Çıxmağımın səbəbi nədir? Xroniki boykot. Prinsipial müxalifət mövqeyində qalıram. Fəaliyyətimi müstəqil olaraq davam etdirəcəm. Növbəti addımlarım haqda ictimaiyyətə məlumat verəcəm",-deyə Asif Yusifli paylaşımında bildirib.
Qeyd edək ki, Asif Yusifli Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, uzun illər AXCP sıralarında fəaliyyət göstərib.