Vətən müharibəsi qazisi Taleh Məmmədov ağır qəzaya düşüb.
Pravda.az Titul.az-a istinadən xəbər verir ki, ağır kəllə-beyin travması alan gənc ifaçının beyninə qan sızıb.
Bakıda bu müğənni ağır qəzaya düşdü: Beyninə qan sızdı - FOTO
Bunu Talehin dostu, tanınmış tiktoker Rahid Həmidli bildirib.
Qeyd edək ki, hadisə Sədərək Ticarət Mərkəzinin yaxınlığında baş verib. İfaçı dostunun idarə etdiyi avtomobildə olub. Maşın TIR-la toqquşub. T. Məmmədov dərhal 1 saylı şəhər xəstəxanasına ("Semaşko") yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır.