Əməkdar artist Bəsti Bəkirova mərhum Xalq artisti Səməd Səmədovla bağlı etirafları ilə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, "Elgizlə izlə" proqramında qonaq olan müğənni S.Səmədovun onunla toya gedib, qonorarını vermədiyini söyləyib:
"Biz 4 ildən çox çalışdıq. 1996-cı ildən çalışırdıq. Biz pula görə ayrıldıq. Gəncədə toy danışmışdıq. Gətirib mənə qat-qat az verdi. Dedim ki, bu azdır. Dedi ki, olan budur, istəmirsən get. Səhər saat 4-ə kimi toy oxumuşdum. Amma danışdığımız məbləği vermədi. Mən də qəbul etmədim və getdim".