Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

TƏBİB Teymur Mustafayevlə bağlı məlumat yaydı – Koronavirusdan vəfat edib

1 392
Paylaş:
TƏBİB Teymur Mustafayevlə bağlı məlumat yaydı –     Koronavirusdan vəfat edib

Xalq artisti Teymur Mustafayev koronavirusdan dünyasını dəyişib.

TƏBİB-dən Pravda.az-a verilən xəbərə görə, 04.06.2020-ci il tarixində "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu TTY ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, Kəskin tənəffüs çatışmazlığı, Ağciyər-ürək çatışmazlığı, Şəkərli diabet II tip Ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə  gətirilib və reanimasiya şöbəsinə daxil olub: "Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq  Süni ventilyasiya aparatına qoşulub.  Həkim İnfeksionistin təyinatı ilə  xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb. Həkimlərin səyinə baxmayaraq, 11.06.2020-ci il tarixdə 15:30-da bioloji ölüm qeyd olunub".

Paylaş:

Ən son xəbərlər